Yevlaxda qol olmadı, "Sabah" yenə xal itirdi - YENİLƏNDİ
Misli Premyer Liqasında XI turun son oyunu “Sabah Arena”da keçirilib.
Sportify.az xəbər verir ki, “Sabah” və “Şamaxı” komandaları üz-üzə gəlib.
FIFA referisi Kamal Umudlunun idarə etdiyi görüş məhsuldar heç-heçə ilə yekunlaşıb – 2:2.
Hesabı 17-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Karlos Eduardo açıb. Qonaq komandadan Oruc Məmmədov cəmi 10 dəqiqə sonra buna cavab verib.
49-cu dəqiqədə Coy Lens Mikels yenidən “Sabah”ı önə çıxarıb. Lakin 62-ci dəqiqədə onun komanda yoldaşı Rəhman Daşdəmirova dəyən top “Sabah”ın qapısına yönəlib.
Beləliklə, “Sabah” yenə xal itirib, lakin 21 xalla 2-ci yerə yüksəlib. “Şamaxı” isə xalını 14-ə yüksəltsə də, 7-ci pillədə qalıb. Turnir cədvəlinə 24 xalla “Neftçi” başçılıq edir.
——————————–
Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Sportify.az xəbər verir ki, Yevlax şəhər stadionunda “İmişli” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
Baş hakim Əkbər Əhmədovun idarə etdiyi görüş qolsuz bərabərliklə yekunlaşıb – 0:0.
Matçın gedişində “Sumqayıt”ın hücumçusu Nihad Əhmədzadə qol vursa da, ofsayd səbəbindən qeydə alınıb.
Bu nəticədən sonra “İmişli” 12 xalla 8-ci, “Sumqayıt” 11 xalla 9-cu pillədə qalıb.
_______________________________
Misli Premyer Liqasının “Zəfər turu” adlanan XI turuna bu gün 2 oyunla yekun vurulacaq.
Sportify.az xəbər verir ki, günün ilk matçında “İmişli” “Sumqayıt”ı qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlanacaq. Oyunu Əkbər Əhmədov idarə edəcək. “İmişli” 10 xalla 8-ci pillədə qərarlaşıb. Aktivində 9 xalı olan “Sumqayıt” isə 9-cu yerdədir.
Günün və turun son matçında “Sabah” “Şamaxı”nı “Sabah Arena”da qəbul edəcək. 17:30-da başlanacaq matçı Kamal Umudlu idarə edəcək. 20 xalla 3-cü pillədə qərarlaşan paytaxt təmsilçisi qələbə qazancağı halda 2-ci pilləyə yüksələcək. “Şamaxı” isə 13 xalla 7-cidir.
Misli Premyer Liqası
XI tur
8 noyabr (bazar)
15:00 “İmişli” – “Sumqayıt” – 0:0
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Azər Əsgərov
Yevlax şəhər stadionu
17:30 “Sabah” – “Şamaxı”- 2:2
Qollar: Karlos Eduardo, 17. Coy Lens Mikels, 49 – Oruc Məmmədov, 27. Rəhman Daşdəmirov, 62 (öz qapısına)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı
VAR: Rəvan Həmzəzadə
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Sabah Arena”
6 noyabr (cümə)
18:00 “Qarabağ” – “Turan Tovuz” – 0:1
Qol: Roderik Miller, 80
20:00 “Neftçi” – “Kəpəz” – 1:0
Qol: Alen Şkribek, 67
7 noyabr (şənbə)
16:00 “Şəfa” – “Araz-Naxçıvan” – 2:2
Qollar: Bafode Dansoko, 6. Arsen Ağcabəyov, 39 – Ağadadaş Salyanski, 35. Muhammed Mara, 43
18:30. “Zirə” – “Qəbələ” 2:1
Qollar: Davit Volkov, 11, Kris Diqbeu, 89 – İsmael Akinade, 14



No Comment! Be the first one.