“İmişli”nin futbolçusu 4 oyunluq cəzalandı
“İmişli”nin futbolçusu 4 oyunluq cəzalanıb
Misli Premyer Liqasının VI turunda “Sabah”la keçirilən oyunda baş hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Luis Silvestr 4 oyunluq cəzalandırılıb.
Sportify.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Qərara əsasən, futbolçunun klubu da 10 min manat məbləğində cərimələnib.
Sentyabrın 19-da keçirilən “Sabah” – “İmişli” matçında qonaq komandanın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub əlavə olaraq 700 manat cərimə olunub.
Həmin gün baş tutan “Turan Tovuz” – “Zirə” qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan “Zirə” də 700 manat cərimələnib.
Sentyabrın 20-də keçirilən “Şamaxı” – “Araz-Naxçıvan” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün klubların hər biri 700 manat məbləğində cərimə olunub.
“Kəpəz” – “Sumqayıt” görüşündə isə 5 futbolçusu sarı vərəqə alan “Sumqayıt” komandası 700 manat cərimələnib.



No Comment! Be the first one.