İngiltərə şokda: "Arsenal" 4-cü liqa klubuna məğlub oldu
İngiltərə Liqa Kubokunun 2026/27 mövsümündə 1/8 final mərhələsinin “Flitvud” və “Arsenal” arasında keçirilən oyunu başa çatıb.
Sportify.az xəbər verir ki, İngiltərənin dördüncü liqa təmsilçisi doğma meydanda London klubunu penaltilər seriyasında məğlub edib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilərdə isə “Flitvud” 5:3 hesabı ilə qalib gəlib.
21-ci dəqiqədə “Flitvud”un futbolçusu Aaron Lupalo-Bi hesabı açıb. 50-ci dəqiqədə “Arsenal”ın hücumçusu Viktor Dyökereş hesabı bərabərləşdirib. 85-ci dəqiqədə “topçular”ın yarımmüdafiəçisi Maks Doumen qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Penaltilər seriyasında “Arsenal”ın heyətində yalnız Bruno Gimaraynş fərqlənə bilməyib.
Beləliklə, “Flitvud” Liqa Kubokunun 1/4 finalına yüksəlib, “Arsenal” isə turnirlə vidalaşıb.



No Comment! Be the first one.