İqor Kostyuk: Gələcək taleyimlə bağlı heç nə bilmirəm
“Qarabağ” bütün imkanlardan istifadə etdi və qalib gəldi”.
Sportify.az xəbər verir ki, bu sözləri Ukraynanın “Dinamo Kiyev” komandasının baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ”a 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdıqları cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
“Matçın ilk başlarında aqressiv oynayırdıq. Əlimizdən gələni edirdik ki, topu özümüzdə saxlayaq
Birinci yarıda üç şansımız oldu. Amma bunlardan yararlana bilmədik. Klubdakı gələcək taleyimlə bağlı heç nə bilmirəm. Mənim istefa verməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”, – deyə baş məşqçi qeyd edib.



No Comment! Be the first one.