İrəvanda məşhur klubun akademiyası açıldı
İrəvanda İtaliyanın “Yuventus” futbol klubunun akademiyasının filialı fəaliyyətə başlayıb.
Sportify.az xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, akademiyanın açılışı İrəvanın Avan inzibati rayonunda baş tutub.
Akademiyanın idman bazasında trenajor zalı, tibbi müayinə və bərpa zonaları, müasir texnologiyalarla təchiz edilmiş analitika otağı, məşqçilər və uşaqlar üçün yaşayış bloku, eləcə də digər infrastruktur yaradılıb.
Kompleksdə təbii və süni örtüklü futbol meydançaları, üzvi dolduruculu süni örtüklü meydançalar, həmçinin qapalı futbol meydançası inşa olunub.
Qeyd edilib ki, akademiyada futbolçularla “Yuventus”un strukturunda çalışan 15 xarici məşqçi işləyəcək.



No Comment! Be the first one.