İsak Hacar: Bakıda yaxşı nəticə uğrunda mübarizə aparmağa çalışacağıq
“Red Bull” komandasının pilotu İsak Hacar Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi öncəsi fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, fransalı pilot mətbuat konfransında Bakıda yaxşı nəticə qazanmaq üçün mübarizə aparacaqlarını deyib:
“Bakıda yaxşı nəticə uğrunda mübarizə aparmağa çalışacağıq. Əlimizdən gələnin ən yaxşısını etmək və rəqabətədavamlı olmaq istəyirik”.
İ.Hacar yenidən sükan arxasına keçəcəyi günü səbirsizliklə gözlədiyini bildirib:
“Bildiyiniz kimi, sonuncu dəfə Budapeştdə sükan arxasında olmuşdum. Mənə elə gəlir ki, sanki üstündən çox uzun vaxt keçib. Ona görə də həqiqətən qayıtmaq gözəldir. Qayıtmaq üçün çətin dövrdən keçdik, amma həyəcanlıyam. Hər şey əladır. Biləyimlə bağlı deyə bilərəm ki, maşın sürmək üçün kifayət qədər yaxşıdır. Mənim üçün əsas vacib olan da budur”.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da Bakıda keçiriləcək.



No Comment! Be the first one.