İspaniya millisinin heyəti açıqlandı
İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti UEFA Millətlər Liqasının noyabr ayındakı oyunları üçün milli komandanın heyətini açıqlayıb.
Sportify.az xəbər verir ki, İspaniya yığması noyabrın 12-də səfərdə Çexiya, noyabrın 15-də isə doğma meydanda İngiltərə ilə qarşılaşacaq.
Baş məşqçinin dəvət etdiyi futbolçuların siyahısı belədir:
Qapıçılar: Unay Simon (“Atletik”), David Raya (“Arsenal”), Xoan Qarsiya (“Barselona”), Alvaro Valles (“Betis”).
Müdafiəçilər: Pedro Porro (“Tottenhem”), Alexandro Qrimaldo, Mark Pubilya (hər ikisi “Atletiko”), Emerik Laport (“Atletik”), Pau Kubarsi (“Barselona”), Hakobo Ramon (“Komo”), Mark Kukurelya, Din Heysen (hər ikisi “Real”).
Yarımmüdafiəçilər: Martin Subimendi, Mikel Merino (hər ikisi “Arsenal”), Pedri, Fermin Lopes (hər ikisi “Barselona”), Fabian Ruis (PSJ), Mark Roka (“Betis”), Pablo Barrios, Aleks Baena (hər ikisi “Atletiko”).
Hücumçular: Ferran Torres (PSJ), Lamin Yamal (“Barselona”), Niko Uilyams (“Atletik”), Yeremi Pino (“Kristal Pelas”), Mikel Oyarsabal, Ander Barreneçea (hər ikisi “Real Sosyedad”), Roberto Fernandes (“Espanyol”).
Qeyd edək ki, İspaniya millisi 12 xalla qrupda liderdir. İngiltərə 9 xalla ikinci, Xorvatiya 3 xalla üçüncü pillədə qərarlaşıb. Xala həsrət qalan Çexiya isə sonuncu yerdədir.



No Comment! Be the first one.