İstanbul derbisinin baş hakimi açıqlandı
Azarkeşlərin həyəcanla gözlədiyi İstanbul derbisinin baş hakimi açıqlanıb.
Sportify.az xəbər verir ki, Türkiyə çempionatının 9-cu turu çərçivəsində keçiriləcək “Qalatasaray” – “Fənərbağça” matçını FIFA referisi Atilla Karaoğlan idarə edəcək.
Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Qalatasaray” – “Fənərbağça” derbisi oktyabrın 26-da, Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.



No Comment! Be the first one.