Juninyo dubl etdi, komandasına qələbə qazandırdı - VİDEO
“Qarabağ”ın sabiq futbolçusu Olavio Juninyo “UNAM Pumas”ın heyətində Meksika çempionatında “dubl” edib.
Sportify.az xəbər verir ki, bu, Aperturada XII turun “Atlante” ilə səfər matçında baş gerçəkləşib.
30 yaşlı hücumçu 42-ci dəqiqədə hesabı açıb və 72-ci dəqiqədə qələbə topunun müəllifi olub. Nəticədə “UNAM Pumas” 2:1 hesabı ilə qalib gəlib.
Beləliklə, Juninyo 2026-cı il yanvarın 1-dən çıxış etdiyi komandanın heyətində 39-cu matçında 16-cı qolunu vurub. Onun 5 məhsuldar ötürməsi də var.
Hazırda “UNAM Pumas” 12 oyundan 16 xalla 11-ci yerdə gedir. “Atlante” isə 11 xalla 16-cıdır.
Qeyd edək ki, Olavio Jununyo “Qarabağ”da 2023-cü il iyulun 1-dən 2025-ci il yanvarın 15-dək forma geyinib. O, Ağdam təmsilçisinin heyətində 81 qarşılaşmada 41 qol və 16 məhsuldar ötürmə müəllifi olub.



No Comment! Be the first one.