“Kəpəz” kapitanını itirdi
Misli Premyer Liqasının V turunda bu həftəsonu “Qəbələ”ni qəbul edəcək “Kəpəz” məşqlərini davam etdirir.
Sportify.az xəbər verir ki, “sarı-göylər” bu gün baş məşqçi Azər Məmmədovun rəhbərliyi altında texniki-taktiki məşq keçib.
Müxtəlif təmrinləri yerinə yetirən komanda məşq prosesini tam heyətlə başa vura bilməyib.
Belə ki, “Kəpəz”in kapitanı Dioqu Verdaşka məşqdə zədələnib. Ayaq əzələsini dartan portuqaliyalı müdafiəçinin qarşıdakı turda meydançaya çıxıb-çıxmayacağı tibbi müayinənin nəticəsindən sonra məlum olacaq.
Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” matçı sentyabrın 12-də saat 17:30-da Gəncə Şəhər Stadionunda start götürəcək.



No Comment! Be the first one.