"Kəpəz" - "Şamaxı" matçında ara qarışdı - VİDEO
“Qəbələ” və “Şamaxı” komandaları arasında keçirilən Misli Premyer Liqasının IV tur matçında ara qarışıb.
Sportify.az xəbər verir ki, futbolçular 39-cu dəqiqədə münaqişəyə giriblər.
Meydan sahiblərinin futbolçusu Dioqo Verdaşka top uğrunda mübarizədə qonaqların yarımmüdafiəçisi Edqar Adilxanovun onu yerə yıxmasına sərt reaksiya verib. Hadisə yerinə digər futbolçular, o cümlədən, “Kəpəz”in qapıçısı Rojeriu Santuş və “Şamaxı”nın legioneri Ayman Buali də gəlib.
Gərginlik aradan qalxdıqdan sonra baş hakim Vüqar Həsənli 4 oyunçunun hər birinə sarı vərəqə göstərib.
Qeyd edək ki, hazırda “Şamaxı” hesabda öndədir – 2:0.



No Comment! Be the first one.