"Kəpəz" yoxlama matçına çıxacaq
“Kəpəz” klubunun milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranmış fasilə zamanı planları müəyyənləşib.
Sportify.az xəbər verir ki, dünən Misli Premyer Liqasının XI turunda “Neftçi” ilə qüvvəsini sınayan komandanın üzvləri 4 günlük istirahətin ardından noyabrın 10-da bir araya gələcəklər.
Plana əsasən, “sarı-göylər” hazırlıq prosesi çərçivəsində 1 yoxlama matçına çıxacaqlar.
Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv noyabrın 14-də Gəncə şəhər stadionunun ehtiyat meydançasında I Liqa təmsilçisi “Gəncəbasar”la qüvvəsini sınayacaq.
Fasilədən sonra “Kəpəz” Misli Premyer Liqasında ilk matçını noyabrın 22-də doğma azzarkeşlər önündə “Qarabağ”a qarşı keçirəcək.



No Comment! Be the first one.