“Kəpəz” Futbol Akademiyasının U-15 komandasının ölkə çempionatında uğurlu çıxışı Azərbaycan yığmasının məşqçi korpusunun diqqətini çəkib.
Sportify.az xəbər verir ki, qapıçı İbrahim Hüseynov və müdafiəçi Sadiq Tağıyev U-15 milli komandasına dəvət alıblar.
Hər iki oyunçu yığmanın heyətində noyabrın 23-dən 27-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.



No Comment! Be the first one.