“Karvan-Yevlax” rəsmisinə ağır itki
Azərbaycan I Liqasında mübarizə aparan “Karvan-Yevlax” İdman Klubunun icraçı direktoru Elvin Əjdərliyə ağır itki üz verib.
Sportify.az xəbər verir ki, Elvin Əjdərlinin atası vəfat edib.
Klub mərhumun vəfatı ilə əlaqədar Elvin Əjdərliyə, onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir və dözüm diləyib.
Allah rəhmət eləsin!



No Comment! Be the first one.