“Karvan-Yevlax”dan yeni transfer
“Karvan-Yevlax” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportify.az xəbər verir ki, Yevlax təmsilçisi nigeriyalı yarımmüdafiəçi Antoni Uzodimma ilə müqavilə imzalayıb.
27 yaşlı futbolçu ilə mövsümün sonuna qədər anlaşma əldə olunub.
Qeyd edək ki, Antoni Uzodimma karyerası ərzində Türkiyənin “Kayserispor”, “Giresunspor” və “Ankaragücü”, həmçinin Nigeriyanın “Emordi” və “Rasinens” klublarında çıxış edib.



No Comment! Be the first one.