Barselona Joau Kanselonu transfer etdiyini açıqladı
İspaniyanın Barselona klubu Portuqaliya millisinin müdafiəçisi Joau Kanselonun transferini rəsmən açıqlayıb.
Sportify.az xəbər verir ki, Kataloniya klubu 32 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq üçillik müqavilə imzalayıb.
Qeyd edək ki, Kanselo 2026-cı ilin yanvarında mövsümün sonuna qədər Barselonaya icarəyə verilmişdi. Portuqaliyalı müdafiəçi daha əvvəl 2023/24-cü illər mövsümündə də Kataloniya klubunun formasını geyinib.
Kanselo Barselona karyerası ərzində bütün turnirlərdə 65 oyuna çıxıb. Bu görüşlərdə 6 qol vuran futbolçu 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçu son olaraq Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edirdi. Onun bu komanda ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulsa da, mətbuatda yayılan məlumatlara görə, tərəflər müqaviləyə vaxtından əvvəl xitam veriblər.



No Comment! Be the first one.