Ken Raytdan dünya rekordu
Uelsli futbol hakimi Ken Rayt 63 illik hakimlik karyerası ilə tarixə düşüb.
Sportify.az xəbər verir ki, UEFA-nın mətbuat xidməti “Ginnesin Dünya Rekordları” kitabına daxil edilən təcrübəli hakimi bu nailiyyəti münasibətilə təbrik edib.
78 yaşlı Ken Rayt daha əvvəl futbol tarixində ən uzun müddət hakimlik edən şəxs olduğunu təsdiqləyən rəsmi sertifikatla təltif olunub. O, 1964-cü ildən hakimlik edir və bu müddət ərzində 5 000-dən çox oyunda ədaləti qoruyub.
Rayt hazırda da fəaliyyətini davam etdirir. O, Uelsin Suonsi dairəsinin Veteranlar Liqasında keçirilən qarşılaşmalarda hakimlik edir.
Beləliklə, Ken Rayt 63 mövsümlük hakimlik karyerası ilə futbol tarixində özünəməxsus rekorda imza atıb.



No Comment! Be the first one.