Kaşuk oynadı, Ukrayna qələbə qazandı
UEFA Millətlər Liqasında B liqasının 2-ci qrupunda Ukrayna millisi Gürcüstan yığmasını 1:o hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, meydan sahiblərinin heyətində “Qarabağ”ın legioneri Aleksey Kaşuk oyuna 64-cü dəqiqədə əvəzetmədən qoşulub. O, sonadək meydanda olub.
Qeyd edək ki, Ukrayna yığması 7 xalla 3-cü pillədə qərarlaşıb. Gürcüstan isə 2 xalla autsayderdir.



No Comment! Be the first one.