Kifayət Osmanovaya UEFA-dan təyinat
UEFA azərbaycanlı futbol funksioneri Kifayət Osmanovaya təyinat verib.
Sportify.az xəbər verir ki, o, noyabrın 11-də qadınlar arasında keçiriləcək Çempionlar Liqasının “OH Leuven” (Belçika) – “HB Köge” (Danimarka) matçında UEFA nümayəndəsi olacaq.
Leuven şəhərindəki “Den Dreef” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.



No Comment! Be the first one.