Komandalar gecikdi, “Şəfa” – “Araz-Naxçıvan” oyunu vaxtında başlamadı
Misli Premyer Liqasında XI turun “Şəfa” – “Araz-Naxçıvan” matçı vaxtında başlamayacaq.
Sportify.az xəbər verir ki, buna komandaların oyunun keçiriləcəyi “SOCAR Polymer Arena”ya nəzərdə tutulan vaxtdan gec çatmaları olub.
Nəticədə qərara alınıb ki, görüş saat 16:00-da deyil, 15 dəqiqə gec – 16:15-də başlasın.
Gecikməyə səbəb kimi Sumqayıtın daxili yollarında təmir işlərinin aparılması göstərilib.



No Comment! Be the first one.