İqor Kostyuk: Bakıda insanların bizə münasibəti xoş oldu
“Əlbəttə, baş məşqçi uzun müddət komanda ilə işləyəndə artıq müəyyən sistem formalaşır. Futbolçular necə hərəkət etməli olduqlarını yaxşı başa düşürlər, komandanın balanslı heyəti var. Bundan əlavə, Çempionlar Liqasında çıxış təcrübələri də mövcuddur”.
Sportify.az xəbər verir ki, bunu Ukraynanın “Dinamo Kiyev” komandasının baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Onun sözlərinə görə, “Qarabağ” kimi rəqiblə oynamaq xoş və maraqlıdır: “Çünki onun necə hərəkət etdiyini və ona qarşı mübarizə aparmaq üçün bizim necə oynamalı olduğumuzu dəqiq anlayırıq. Bu da duelə xüsusi özəllik qatır”.
Baş məşqçi heyətdəki itkilər barədə də danışıb. O bildirib ki, Kiyevdə qalan Ruslan Neşeret, Oleksandr Pixalonok və Nazar Voloşindən başqa yeni itkiləri yoxdur.
Kostyuk Bakıda gördükləri münasibətdən məmnun qaldıqlarını da vurğulayıb: “Şəhərinizdən və insanların bizə münasibətindən çox xoş təəccüblənmişik. Burada Ukraynanı və xalqımızı dəstəklədiklərini hiss etmək çox xoşdur. Hazırda bu dəstək bizim üçün çox vacibdir. Amma bütün bunlara baxmayaraq, futbol meydanında maraqlı mübarizə olacaq. Növbəti mərhələyə keçmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo Kiyev” oyunu saat 20:00-da başlayacaq. İlk matçda Ukrayna təmsilçisi qələbə qazanıb – 1:0.



No Comment! Be the first one.