Matvey Ponomarenko: Ötən mövsüm “Qarabağ”ı izləyirdim
Düşünürəm ki, çətin oyun olacaq. Oxumuşam ki, stadionda təxminən 30 min azarkeş gözlənilir və onlar komandalarını irəli aparacaqlar. Amma biz hər şeyə hazırıq. Bir qolla üstünlüyümüz var, Bakıya qalib gəlmək və növbəti mərhələyə keçmək üçün gəlmişik”.
Sportify.az-ın məlumatına görə, bunu Ukraynanın “Dinamo Kiyev” komandasının futbolçusu Matvey Ponomarenko Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
21 yaşlı hücumçu “Qarabağ”ın son illərdəki çıxışlarını da izlədiyini vurğulayıb: “Əlbəttə, avrokuboklarda hər oyun prestijlidir. Buna görə də hər matça çox ciddi hazırlaşırıq. Ötən il “Qarabağ”ı izləyirdim. Çempionlar Liqasındakı çıxışlarını görmüşdüm. Kifayət qədər yaxşı oynayırdılar. Bu, yaxşı və ambisiyalı komandadır. Rəqiblərinə həm taktiki, həm də fiziki mübarizəni qəbul etdirirlər. Ona görə də oyuna diqqətlə hazırlaşacağıq”.
Son iki matçda qol vurmasına da münasibət bildirən Ponomarenko qələbədən başqa heç nə düşünmədiklərini söyləyib:
“Meydançaya çıxıb qalib gəlmək lazımdır. Başqa fikrimiz yoxdur. Oyuna hazırlaşırıq. Bu gün məşq keçirəcəyik, meydançanın vəziyyəti ilə tanış olacağıq və hazırlığımızı davam etdirəcəyik”.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo Kiyev” oyunu saat 20:00-da başlayacaq. Komandalar arasında Polşada keçirilmiş ilk görüşdə Kiyev təmsilçisi qalib gəlib – 1:0. Yeganə qolu Matvey Ponomarenko vurub.


No Comment! Be the first one.