Kubokda 3700-cü qol
Azərbaycan Kubokunda tarixin 3700-cü qolu vurulub. Yubiley I təsnifat mərhələsinin “Difai” – “Zəngəzur” matçına (1:3) təsadüf edib. Qonaqların futbolçusu Kənan Mirzəliyev görüşdə sonuncu, mövsümdə 23-cü qolun müəllifi olub.
Sportify.az xəbər verir ki, bu, 1992-ci ildən keçirilən yarışın tarixinə 3700-cü top kimi düşüb. Baş tutan 1216 qarşılaşmadan sonra bu rəqəm 3713-ə yüksəlib.
Qeyd edək ki, turnirdə ilk qolu 1992-ci ildə “Pambıqçı”nın (Neftçala) futbolçusu Elnur Əsgərov vurub.



No Comment! Be the first one.