Təmsilçilərimizdən bürünc medal
Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən buz üstündə rəqs cütlüyü bürünc medal qazanıb.
Söortify.az xəbər verir ki, 7–11 oktyabr tarixlərində Azərbaycanı fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən buz üstündə rəqs cütlüyü Sofiya Beznosikova və Maks Leleu Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq yarışda növbəti uğurlu çıxışlarını ediblər.
İdmançılarımız ritm və sərbəst rəqs üzrə çıxışın yekununda 146,34 xal toplayaraq 5 cütlük arasında 3-cü yerə sahib olublar.



No Comment! Be the first one.