“Kəpəz”i Sumqayıtda 200 azarkeş dəstəkləyəcək
Misli Premyer Liqasının IX tur matçında “Şəfa”nın qonağı olacaq “Kəpəz”i 200 azarkeş dəstəkləyəcək.
Gəncə klubunun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, bu oyunla əlaqədar “sarı-göylər”in hər 4 fan-klubu – “Xəmsə”, ” Kapaz Ultras”, “Zona-20” və “Cavad xan”ın üzvləri xüsusi ayrılmış avtobuslarla səfərə gedəcəklər.
Eyni zamanda Bakı və Sumqayıtda yaşayan gəncəli fanatlar da stadiona təşrif buyuracaqlar.
Xatırladaq ki, oktyabrın 24-də “SOCAR Polymer Arena”da keçiriləcək “Şəfa” – “Kəpəz” matçı saat 16:30-da başlanacaq.



No Comment! Be the first one.