Lamin Yamal: “Bir gün mənim də vaxtım gələcək”
“Barselona” və İspaniya millisinin vingeri Lamin Yamal 2026-cı ilin “Qızıl top” mükafatının nəticələrini şərh edib.
Sportify.az xəbər verir ki, gənc futbolçu gələcəkdə bu nüfuzlu trofeyi qazanacağına əmin olduğunu bildirib.
“Hər şeyin öz vaxtı var. Yaxşı şeylər səbir tələb edir və mən addım-addım qurduğum yola tamamilə güvənirəm. Tələsməyə heç bir ehtiyac yoxdur. Ümidlə və möhkəm inamla doluyam ki, bir gün mənim də vaxtım gələcək. Qalib gələn hər kəsi təbrik edirəm! İndi isə bütün diqqətimi ən vacib məsələyə — “Barselona”ya yenidən qələbələr qazanmağa kömək etməyə yönəldirəm” — deyə Yamal insyader Fabritsio Romanoya bildirib.
Xatırladaq ki, 2026-cı ilin “Qızıl top”unun sahibi ilk dəfə karyerasında bu mükafata layiq görülən 33 yaşlı ingiltərəli hücumçu Harri Keyn olub.



No Comment! Be the first one.