“MakLaren” komandasının pilotu Lando Norris Formula 1 üzrə Braziliya Qran-prisinin sıralanma turunda ən yaxşı nəticəni göstərib.
Sportify.az xəbər verir ki, britaniyalı pilot bununla da Braziliya Qran-prisində ardıcıl üçüncü dəfə poul-pozişn qazanıb. O, 2024 və 2025-ci illərdə də San-Pauluda keçirilən yarışın sıralanma turlarında birinci yeri tutmuşdu.
Qeyd edək ki, Norris 2024-cü ildə Braziliya Qran-prisini altıncı pillədə başa vurub. Ötən mövsüm isə “İnterlaqos” trasında keçirilən yarışın qalibi olub.
Formula 1. Braziliya Qran-prisinin sıralanma turunun nəticələri:
-
Lando Norris (“MakLaren”) – 1:27.470
-
Corc Rassel (“Mersedes”) – +0.204
-
Andrea Kimi Antonelli (“Mersedes”) – +0.625
-
Şarl Lekler (“Ferrari”) – +0.819
-
Liam Louson (“Raeysinq Bulls”) – +0.851
-
Niko Hülkenberq (“Audi”) – +1.198
-
İsak Hacar (“Red Bull”) – +1.293
-
Oliver Berman (“Haas”) – +2.361
-
Fernando Alonso (“Aston Martin”) – +2.841
-
Aleks Albon (“Uilyams”) – +2.986



No Comment! Be the first one.