“Lans” baş məşqçisini istefaya göndərdi
Fransanın “Lans” klubu baş məşqçisi Yannik Kauzakla yollarını ayırıb.
Sportify.az xəbər verir ki, Liqa 1 təmsilçisi uğursuz nəticələrə görə mütəxəssisin istefasına qərar verib.
Sentyabrın 15-də komandanın baş məşqçisi təyin olunan Kauzak bundan əvvəl yaydan etibarən klubda köməkçi məşqçi vəzifəsində çalışıb.
Onun rəhbərliyi altında “Lans” 9 qarşılaşmada meydana çıxıb. Komanda bu oyunların 3-də qələbə qazanıb, 6-da isə məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, “Lans” Fransa Liqa 1-də 10 turdan sonra 13 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.



No Comment! Be the first one.