Ayxan Abbasov 4 futbolçunu heyətdən kənarlaşdırdı
Azərbaycan millisinin bu gün səfərdə Lixtenşteynə qarşı keçirəcəyi UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunun oyunu üçün iştirak ərizəsi açıqlanıb.
Sportify.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov “23-lüy”ə 4 futbolçunu daxil etməyib.
O, ilk dəfə dəvət etdiyi “Sumqayıt”ın sol cinah yarımmüdafiəçisi Nihad Əhmədzadə və Kipr “Pafos”unun vingeri Murad Məmmədovu, eləcə də “Şəfa”nın orta sahə oyunçusu Fərid Yusifli və “Kəpəz”in hücumçusu Namik Ələskərovu kənarda saxlayıb.
Qeyd edək ki, bu gün Vaduts şəhərindəki “Raynpark” stadionunda keçiriləcək Lixtenşteyn – Azərbaycan matçı saat 23:45-də başlanacaq.


No Comment! Be the first one.