Laporta: "Mən əminəm ki, sonda Yamal "Qızıl top"u qazanacaq"
“Barselona”nın prezidenti Joan Laporta klubun vingeri Lamin Yamalın gələcəkdə “Qızıl top” mükafatını qazanacağına əmin olduğunu bildirib.
Sportify.az xəbər verir ki, bu gün keçirilən mükafatlandırma mərasimində 2026-cı ilin “Qızıl top”u Almaniya “Bavariya”sının və İngiltərə millisinin hücumçusu Harri Keynə təqdim olunub.
“Mən əminəm ki, sonda Yamal “Qızıl top”u qazanacaq. Bunun nə vaxt baş verəcəyini bilmirəm, amma o, buna layiqdir. Məncə, bu il mükafatı qazanmaq üçün lazım olan hər şeyi etdi, lakin səsvermədə iştirak edənlər başqa qərar verdilər. Bunu idmançıya xas ləyaqətlə qəbul etmək lazımdır. Ümid edirəm ki, bu, onun üçün şəxsi motivasiyaya çevriləcək — əminəm ki, belə də olacaq. Bütün komanda yoldaşları ona bu çətin məqamı tezliklə geridə qoymağa kömək edəcək”, — deyə Laporta “Mundo Deportivo”ya bildirib.



No Comment! Be the first one.