Litvada şəhidlərimizin xatirəsi yadd edildi
UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Litva – Azərbaycan oyunu öncəsi Kaunas şəhərində şəhidlərin xatirəsi anılıb.
AFFA-dan Sportify.az-a verilən məlumata görə, tədbirdə qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov, futbolçular, məşqçi və texniki heyət, həmçinin AFFA əməkdaşları iştirak ediblər.
44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qeyd edək ki, Litva – Azərbaycan qarşılaşması bu gün Kaunas şəhərində keçiriləcək. Oyun saat 17:00-da başlanacaq.












No Comment! Be the first one.