“Liverpul” və “Mançester Yunayted” Məhəmməd Simakanla maraqlanır
İngiltərə klubları “Liverpul” və “Mançester Yunayted” “Əl-Nəsr”in müdafiəçisi Məhəmməd Simakanı transfer etmək imkanını nəzərdən keçirir.
Sportify.az “Caught Offside”a istinadən xəbər verir ki, hər iki klub 26 yaşlı fransalı futbolçunun çıxışını izləyir. Həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi mövqeyində oynaya bilən Simakan bir neçə klubun diqqətini çəkib.
Mənbənin bildirdiyinə görə, tərəflər arasında hələlik rəsmi təklif və ya ilkin danışıqlar olmayıb. “Əl-Nəsr” isə futbolçu ilə yollarını ayırmaq niyyətində deyil. Səudiyyə Ərəbistanı klubunun Simakanla uzunmüddətli müqaviləsi danışıqlarda mövqeyini gücləndirir.
Fransalı müdafiəçi ötən ilin yayında Almaniyanın “Leypsiq” klubundan “Əl-Nəsr”ə keçib. Məlumata əsasən, “Arsenal”, “Tottenhem” və “Nyukasl” da futbolçunun çıxışını izləyir.


No Comment! Be the first one.