“Məğlubiyyətə layiq deyildik”
Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes Uruqvaya 1:2 hesabı ilə məğlub olduqları yoldaşlıq görüşündən sonra açıqlama verib.
Sportify.az xəbər verir ki, o, “Biz məğlubiyyətə layiq deyildik. Uruqvay sanki heç nədən iki təsadüfi qol vurdu. Argentina rəqibindən daha yaxşı çıxış etdi” – deyə insayder Fabritsio Romanoya müsahibəsində bildirib.
Qeyd edək ki, Argentina millisi noyabrın 18-də Kosta-Rika yığması ilə növbəti yoldaşlıq görüşünü keçirəcək.



No Comment! Be the first one.