UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq təyinat alıb.
Sportify.az xəbər verir ki, 39 yaşlı ədalət təmsilçisi UEFA Millətlər Liqasında C Liqasının 3-cü qrupunun Qazaxıstan – Slovakiya görüşünün baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri, İnqilab Məmmədov dördüncü hakim, Nicat İsmayıllı VAR hakiminin köməkçisi qismində yardım edəcəklər.
VAR hakimi funksiyasını isə avstriyalı ALan Kiyas yerinə yetirəcək.
Noyabrın 16-da “Astana Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.



No Comment! Be the first one.