Yaponiya Braziliyanı məğlub etdi
Yaponiya millisi yoldaşlıq görüşündə Braziliya yığmasını 3:2 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, qarşılaşmada yaponların heyətində Takefusa Kubo, Keyto Nakamura və Tatsuhiro Sakamoto fərqləniblər. Sakamoto əlavə olunmuş dəqiqələrdə vurduğu qolla komandasına qələbə qazandırıb.
Braziliya millisinin heyətində isə “Real Madrid”in vingeri Vinisius Junior dubl edib. Lakin onun qolları komandasını məğlubiyyətdən xilas etməyib.
Yoldaşlıq görüşü
Yaponiya – Braziliya – 3:2
Qollar: Kubo, 15 (1:0), Nakamura, 19 (2:0), Vinisius, 33 (2:1), 75 (2:2), Sakamoto, 90+1 (3:2).



No Comment! Be the first one.