Mərhum futbolçunun ailəsi “Santyaqo Bernabeu”da
İspaniya çempionatının 13-cü turunda “Real” və “Selta” komandaları arasında keçirilən oyundan əvvəl sabiq “Tenerife”nin hücumçusu Xesus de Migelin xatirəsi anılıb.
Sportify.az xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda baş tutan qarşılaşmadan əvvəl futbolçunun xatirəsinə bir dəqiqəlik sükut elan edilib. De Migelin ailə üzvləri də matçı tribunadan izləyiblər.
Qeyd edək ki, Xesus de Migel noyabrın 3-də 30 yaşında vəfat edib. Bir gün əvvəl Sequndanın 12-ci turunda “Tenerife” ilə “Andorra” arasında keçirilən görüşün (2:2) sonlarında hücumçu rəqib qapıçı Xesus Ovono ilə toqquşaraq huşunu itirib. Daha sonra futbolçunun ürəyi dayanıb. Reanimasiya tədbirlərindən sonra xəstəxanaya çatdırılan de Migel noyabrın 3-də səhər saatlarında vəfat edib.



No Comment! Be the first one.