Polşa çempionatının 13-cü turu başa çatıb.
Sportify.az xəbər verir ki, turun bağlanış matçında Azərbaycan millisinin üzvü Mahir Emrelinin oynadığı “Rakuv” doğma meydanda “Poqon”la qarşılaşıb. Meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.
Mahir Emreli 47-ci dəqiqədə “Rakuv”un vurduğu qolun ötürməsini verib. Qələbədə pay sahibi olan Mahir 71 dəqiqə əvəzlənib.



No Comment! Be the first one.