Mahir Emrelinin qolu "Rakuv"a kömək etmədi - VİDEO
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Polşa “Rakuv”unun heyətində növbəti qolunu vurub.
Sportify.az xəbər verir ki, 29 yaşlı hücumçu yenə UEFA Konfrans Liqasında fərqlənib.
Pley-off mərhələsinin cavab görüşündə Xorvatiyanın “Hayduk Split” komandasını qəbul edən “Rakuv” əsas vaxtın sonlarına doğru 1:2 hesabı ilə geridə olduğu vaxt – 88-ci dəqiqədə Emreli başla topu rəqib qapısına göndərib.
Lakin əlavə vaxtda Xorvatiya klubu daha bir qol vurub. Nəticədə ilk matçda 2:2 hesablı heç-heçə etmiş “Rakuv” cavab görüşündə 2:3 hesabı ilə uduzaraq, avrokuboklarla vidalaşıb.
Xatırladaq ki, bu oyunu FIFA referisi Əliyar Ağayevin başçılığı altında azərbaycanlı hakimlər briqadası idarə edib.
Emreli still got it! https://t.co/NACljLBhAv
— Fuad Alakbarov (@DrAlakbarov) August 27, 2026


No Comment! Be the first one.