“Mançester Siti” Halandın mümkün gedişinə hazırlaşır
İngiltərə klubu “Mançester Siti” hücumçusu Erlinq Halandla yayda yollarını ayırmağa hazırlaşır.
Sportify.az “El Nacional” nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyi 26 yaşlı futbolçunun mövsümün sonunda komandadan ayrılacağını gözləyir. Haland daha əvvəl baş məşqçi Xosep Qvardiolanın və bir sıra futbolçuların gedişinə baxmayaraq, komandada daha bir mövsüm qalmağa razılıq verib.
Bildirilir ki, “şəhərlilər” norveçli hücumçunun transferindən təxminən 175 milyon avro qazanmağı planlaşdırır.
“Mançester Siti”yə qarşı mümkün sanksiyalar, o cümlədən klubun avrokuboklardan kənarlaşdırılması və Premyer Liqadan aşağı liqaya göndərilməsi riski Halanda marağı artırıb. PSJ, “Liverpul”, “Barselona” və “Real Madrid”in norveçli futbolçunun transferi ilə maraqlandığı iddia olunur.
Eyni zamanda, İngiltərə klubu Holanda əvəzləyici axtarışına başlayıb. Namizədlər arasında “Brentford”un hücumçusu İqor Tiaqo da var. O, ötən mövsüm İngiltərə çempionatının ən məhsuldar ikinci futbolçusu olub.
Digər mümkün namizəd isə hazırda “Qalatasaray”da çıxış edən Viktor Osimhen hesab olunur. Nigeriyalı hücumçunun bazar dəyərinin təxminən 75 milyon avro olduğu bildirilir.


No Comment! Be the first one.