"Mançester Yunayted"lilər "Sabah"ları qarışdırdılar - FOTO
İngiltərə “Mançester Yunayted”inin azarkeşlərinin fəal və X platformasında təsdiqlənmiş hesablarından biri Azərbaycanın “Sabah” klubu ilə bağlı paylaşımında iki eyniadlı komandanı qarışdırıb.
Sportify.az-ın məlumatına görə, X-də @theutdXG hesabı “Mançester Yunayted”in Çempionlar Liqasındakı rəqibi “Sabah” barədə paylaşım edib.
Özünü “United fan” kimi təqdim edən hesabın paylaşımında Azərbaycan təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas və klubun baş icraçı direktoru Ramin Həsənov barədə məlumatlar yer alıb.
Paylaşımda Dambrauskasın vaxtilə “Mançester Yunayted”də akademiya məşqçisi kimi çalışdığı, Ramin Həsənovun isə 2014-2018-ci illərdə Bakıda “Manchester United Soccer Schools” proqramında fəaliyyət göstərdiyi qeyd olunub.
Lakin paylaşımın davamında Azərbaycanın “Sabah”ı ilə Malayziyanın “Sabah”ına aid məlumatlar bir-birinə qarışdırılıb.
Hesab Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah”ın turnir cədvəlində 4-cü pillədə olduğunu, lider “Johor”la müqayisədə bir oyununun az keçirildiyini yazıb.
Buradakı “Johor” ifadəsi səhvi açıq şəkildə ortaya qoyur. Hazırda “Qarabağ”ın sabiq futbolçuları Kevin Medina və Dani Boltun da formasını geyindiyi “Johor Darul Ta’zim” Malayziyanın klubudur və bu məlumat Malayziya çempionatında çıxış edən “Sabah”a aiddir. Yəni, paylaşımın bu hissəsində Azərbaycan “Sabah”ı ilə Malayziyanın “Sabah”ı qarışdırılıb.
Maraqlıdır ki, paylaşımın digər hissəsində isə Azərbaycan “Sabah”ı düzgün tanıdılıb. Klubun qısa müddətdə böyük inkişaf yolu keçdiyi, tarixində ilk dəfə Azərbaycan çempionu olduğu və “Qarabağ”ı 9 xal qabaqladığı qeyd edilir.
Beləliklə, @theutdXG hesabı “Sabah” barədə məlumat hazırlayarkən iki fərqli ölkənin eyniadlı klubunun məlumatlarını bir yazıda birləşdirib.
Qeyd edək ki, @theutdXG “Mançester Yunayted”in rəsmi hesabı deyil. Hesab özünü “United fan” kimi təqdim edən, “Mançester Yunayted”ə dair xəbərlər, statistika, fikirlər və paylaşımlar dərc edən fəal fan hesabıdır. “Mançester Yunayted”in rəsmi X hesabı isə @ManUtd-dir.
🚨 Opposition Watch
Sabah are coached by Valdas Dambrauskas, who has an interesting story. The Lithuanian appeared on the equivalent of Who Wants to Be a Millionaire in his homeland and used his winnings to finance a move to England.
Valdas worked for United as an Academy coach… pic.twitter.com/E2AGJ2dyyY
— TheutdXG (@theutdXG) September 7, 2026



No Comment! Be the first one.