Maykl Olise “Atletiko” ilə oyunu buraxa bilər
Almaniyanın “Bavariya” klubunun vingeri Maykl Olise UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda Madrid “Atletiko”su ilə keçiriləcək görüşdə iştirak etməyə bilər.
Sportify.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.
Fransalı futbolçu Bundesliqanın 9-cu turunda Dortmund “Borussiya”sı ilə şənbə günü keçirilən matçda (2:2) sağ dizindən zədə alıb.
Bazar günü Olise Münhen klubunun məşq bazasında müalicəsini davam etdirib. Futbolçunun yaşıl meydanlara qayıdış müddəti hələlik məlum deyil.
Qeyd edək ki, 24 yaşlı futbolçu cari mövsümdə Bundesliqada keçirdiyi 8 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Çempionlar Liqasında isə 2 matçda 2 qol və 1 assistlə yadda qalıb.



No Comment! Be the first one.