Mbappe “Barselona”nın uğurlu startını dəyərləndirdi
İspaniya klubu “Real Madrid”in hücumçusu Kilian Mbappe “Barselona”nın La Liqada mövsümə uğurlu başlaması barədə danışıb.
Sportify.az xəbər verir ki, kataloniya təmsilçisi çempionatın ilk 6 turunda keçirdiyi bütün oyunlarda qələbə qazanaraq turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 15 xalla ikinci pillədə qərarlaşıb.
Mbappe “Barselona”nın bu mövsüm “Real Madrid” üçün əsas rəqib olub-olmayacağı ilə bağlı suala belə cavab verib:
“Onlar yaxşı çıxış edirlər. Digər komandalar haqqında danışmağı sevmirəm, çünki orada oynamıram və onların daxilində nələrin baş verdiyini bilmirəm. Onlar oyunlarını qazanıblar. Amma mövsümün hələ başlanğıcıdır”.



No Comment! Be the first one.