Mbappeyə qarşı irqçi hərəkət edən azarkeşə 11 ay cəza
İspaniya klubu “Real Madrid”in hücumçusu Kilian Mbappeyə qarşı irqçi hərəkətlər edən “Oviedo” azarkeşi 11 ay müddətinə şərti azadlıqdan məhrum edilib.
Sportify.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Məlumata görə, hökmün icrası iki il müddətinə təxirə salınıb. Bunun üçün azarkeş həmin müddət ərzində futbol stadionlarına getməməlidir.
Hadisə ötən il avqustun 24-də La Liqanın ikinci turu çərçivəsində keçirilən “Oviedo” – “Real Madrid” matçında baş verib. Madrid klubu səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edib. Mbappenin 37-ci dəqiqədə vurduğu qoldan sonra təqsirləndirilən şəxs meymun hərəkətlərini təqlid edib və müvafiq səslər çıxarıb.
La Liqanın məlumatına əsasən, Mbappeyə qarşı irqçi hərəkətlərlə bağlı çıxarılan bu hökm 2024-cü ildən bəri liqa yarışlarında futbolçulara qarşı irqçi təhqirlərlə əlaqədar qeydə alınan 12-ci qərardır. Bu hallardan dördü Vinisius Juniora qarşı törədilən hərəkətlərlə bağlıdır.



No Comment! Be the first one.