Millimiz Omanı məğlub etdi – YENİLƏNDİ
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün növbəti yoxlama oyununa çıxıb.
Sportify.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Oman U-23 millisi ilə üz-üzə gəlir.
“Bank Respublika Arena”da keçirilən qarşılaşma saat 17:00-da başlayıb. Görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanır.
Qeyd edək ki, komandalar noyabrın 14-də də eyni stadionda qarşılaşıblar. Həmin görüşdə millimiz 2:1 hesabı ilə qalib gəlib. Yığmamızın hər iki qolunu Niyazi Osmanov vurub.
Yoldaşlıq oyunu
17:00 Azərbaycan U-21 – Oman U-23 – 4:2



No Comment! Be the first one.