Mehdi Hüseynzadə stadionundakı ilk matçın tarixi bəlli oldu
Misli Premyer Liqasında Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək ilk matçın vaxtı müəyyənləşib.
Sportify.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 10 oktyabra təsadüf edəcək.
Həmin gün “Sumqayıt” VII turun oyununda “Qəbələ”ni qəbul edəcək. Görüş saat 19:30-da başlanacaq.
Qarşılaşmadan 7 gün əvvəl stadionun qazonuna baxış keçiriləcək.
Bu arenada sonuncu dəfə iyulun 23-də Belarusun BATE klubu İsveçrə “Syon”u ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyununda üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Daha sonra stadion ot örtüyünün yenilənməsi məqsədilə təmirə bağlanıb. Bu səbəbdən, “Sumqayıt” Premyer Liqadakı “Neftçi” (1:3) və “Qarabağ”a qarşı (0:1) ilk 2 ev oyununu “SOCAR Polymer Arena”da keçirib.
Qeyd edək ki, Misli Premyer Liqasında VII turun bütün oyunları “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
9 oktyabr (cümə)
16:00. “Araz-Naxçıvan” – “Kəpəz”
Şamaxı şəhər stadionu
19:30. “Neftçi” – “Sabah”
“Palms Sports Arena”
10 oktyabr (şənbə)
17:00. “Zirə” – “Şamaxı”
Zirə İK stadionu
19:30. “Sumqayıt” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
11 oktyabr (bazar)
16:00. “İmişli” – “Qarabağ”
Yevlax şəhər stadionu
18:30. “Şəfa” – “Turan-Tovuz”
“SOCAR Polymer Arena”.



No Comment! Be the first one.