“Mesi ilə birlikdə Neymara “Barselona”da qalması üçün əlimizdən gələni etdik”
Amerika klubu “İnter Mayami”nin hücumçusu Luis Suares 2017-ci ilin yayında Neymarı “Barselona”dan PSJ-yə keçmək fikrindən daşındırmağa çalışdıqlarını açıqlayıb.
Sportify.az xəbər verir ki, Suares bu barədə “Catalunya Radio”ya müsahibəsində bildirib:
“2017-ci ilin yayında Neymarı “Barselona”da qalmağa razı salmaq mümkün deyildi. Halbuki mən və Messi onun PSJ-yə gedişinin qarşısını almaq üçün əlimizdən gələni etdik. Aramızda heç vaxt eqoizm olmayıb. Bir-birimizin qollarına sevinir, qarşılıqlı kömək edirdik. Kimin qol vurmasının fərqi yox idi. Mövsümün sonunda “Qızıl buts” uğrunda mübarizə apardığım vaxt onlar penaltini mənim yerinə yetirməyimi təklif edirdilər. Komanda işi məhz budur”.



No Comment! Be the first one.