Messi İspaniya kralı VI Felipe ilə rəsmi şam yeməyinə dəvət olundu
ABŞ təmsilçisi “İnter Mayami”nin hücumçusu Lionel Messi İspaniya kralı VI Felipe və kraliça Letisiya ilə rəsmi şam yeməyində iştirak edəcək.
Sportify.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, tədbir oktyabrın 22-də İspaniyanın Ovyedo şəhərində Asturiya Şahzadəsi Mükafatlarının təqdimetmə mərasimi çərçivəsində keçiriləcək. Şam yeməyində Messi ilə yanaşı, kral ailəsinin üzvləri və digər mükafat laureatları da iştirak edəcəklər.
Argentinalı ulduz həmin gün Ovyedo İdman Sarayında məktəblilər, tələbələr və azarkeşlərlə görüşəcək.
Oktyabrın 23-də Messi kral ailəsinin iştirakı ilə keçiriləcək rəsmi qəbulda və Asturiya Şahzadəsi Mükafatlarının təqdimetmə mərasimində iştirak edəcək. Tədbir “Campoamor” Teatrında baş tutacaq.
Mənbənin məlumatına əsasən, Messi həmin axşam ABŞ-yə yollanaraq oktyabrın 24-də “İnter Mayami”nin “Nyu-York Red Bullz”la keçirəcəyi oyunu izləmək üçün Nyu-Yorka gedəcək.



No Comment! Be the first one.