Messi klub alır
Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Lionel Messi İspaniyada “Eldense” klubunun sahibi olmağa hazırlaşır.
Sportify.az xəbər verir ki, bu barədə İspaniyanın “AS” qəzeti məlumat yayıb.
Məlumata görə, tərəflər klubun alqı-satqısı ilə bağlı müqaviləni artıq imzalayıblar. Hazırda sənəd nəzərdən keçirilir və sövdələşmənin baş tutması üçün yalnız İspaniya İdman Şurasının təsdiqi tələb olunur.
Bildirilir ki, Lionel Messi “Eldense”nin bütün səhmlərini əldə edərək klubun yeganə sahibi olacaq.
“Eldense” İspaniyanın Alikante əyalətinin Eldа şəhərini təmsil edir.



No Comment! Be the first one.