“Milan” derbidə “İnter”ə qalib gəldi
İtaliya A Seriyasının X turunda Milan derbisi keçirilib.
Sportify.az xəbər verir ki, “Milan” doğma meydanda “İnter”i 3:1 hesabı ilə məğlub edib.
“San-Siro” stadionunda keçirilən qarşılaşmada hesabı 4-cü dəqiqədə Kristian Pulişiç açıb. Adrien Rabyo 10-cu dəqiqədə fərqi artırıb. “İnter”in müdafiəçisi Alessandro Bastoni 22-ci dəqiqədə qollardan birinin əvəzini çıxıb. Dieqo Moreyra isə 43-cü dəqiqədə “Milan”ın üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, bu qələbədən sonra “Milan” 21 xalla turnir cədvəlindəki mövqeyini yaxşılaşdırıb. 25 xala malik “İnter” isə “Latsio” ilə şərikli liderliyini qoruyub.



No Comment! Be the first one.