Ukrayna evdə, Portuqaliya səfərdə qalib gəldi – YENİLƏNDİ
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib.
Sportify.az xəbər verir ki, A və B Liqalarında baş tutmuş 8 qarşılaşma ilə ilkin mərhələyə yekun vurulub.
A Liqasında 4-cü qrupun hər iki oyununda eyni nəticə qeydə alınıb. Portuqaliya səfərdə Uelsi, Norveç isə Danimarkanı 3:2 hesabı ilə məğlub edib.
Beləliklə, Portuqaliya və Norveç 1/4 finala vəsiqə qazanıb.
B Liqasında Şimali İrlandiya 2-ci, Avstriya 3-cü, İsveç isə 3-cü qrupun qalibi olub.
UEFA Millətlər Liqası, VI tur
17 noyabr
A Liqası
4-cü qrup
23:45. Uels – Portuqaliya – 2:3
Qollar: Devid Bruks, 13. Sorba Tomas, 40 – Brunu Fernandeş, 11. Pedru Netu, 43. Karluş Forbş, 70
Qırmızı vərəqə: Pedru Netu, 74 (Portuqaliya)
23:45. Danimarka – Norveç – 2:3
Qollar: Rasmus Höylunn, 11. Pyer Emir Höybyerq, 14 – Erlinq Holann, 37; 90+6 (pen.). Martin Ödeqor, 84
Xal durumu: Portuqaliya – 15, Norveç – 9, Danimarka – 9, Uels – 3.
B Liqası
2-ci qrup
23:45. Ukrayna – Gürcüstan – 1:0
Qol: Daniil Sikan, 1
23:45. Macarıstan – Şimali İrlandiya – 1:1
Qollar: Barnabaş Varqa, 35 – Castin Devenni, 65
Xal durumu: Şimali İrlandiya – 12, Macarıstan – 11, Ukrayna – 7, Gürcüstan – 2.
3-cü qrup
23:45. İrlandiya – Kosovo – 3:0
Qollar: Troy Parrott, 28 (pen.); 50 (pen.). Cek Moylan, 75
Qırmızı vərəqə: Kreşnik Hayrizi, 26 (Kosovo)
23:45. İsrail – Avstriya – 1:1
Qollar: Dor Perets, 36 – Saşa Kalayciç, 62
Xal durumu: Avstriya – 12, İrlandiya – 8, Kosovo – 6, İsrail – 4.
4-cü qrup
23:45. Polşa – İsveç – 1:1
Qollar: Adrian Benedıçak, 16 – Huqo Larsson, 24
23:45. Bosniya və Herseqovina – Rumıniya – 2:1
Qollar: Benyamin Tahiroviç, 44. Esmir Bayraktareviç, 82 – Daniel Birlica, 6
Xal durumu: İsveç – 14, Bosniya və Herseqovina – 11, Polşa – 5, Rumıniya – 3.



No Comment! Be the first one.